“Bir futbolçu sevdim, göz yaşları ilə ayrıldıq” - FOTO
14.07.2009 - 17:56
“Bir futbolçu sevdim, göz yaşları ilə ayrıldıq” - FOTO
“Həyatımda bir insanı sevdim, göz yaşları ilə axıdaraq, bir-birimizdən ayrıldıq. O, futbolçu idi. Ailəsinin təzyiqi ilə evləndi, indi bir övladı var. Mənim başqa kişini sevməyim artıq müşkül məsələdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri türkiyəli müğənni və aparıcı Esra Balamir deyib.

Gənc müğənni ad açıqlama da, onun “Beşiktaş”ın hücumçusu Yusuf Şimşəkdən danışdığı məlum olub: “O insana haqqımı halal etdim, indi çox yaxşı yerlərdədir. Ona xoşbəxtlik arzulayıram. Xoşbəxt olub-olmadığını bilmirəm, amma mən onu ekranda gördükdə şad oluram”.

Yusuf Şimşəklə uğursuz sevgi həyatına görə Esranın səhhətində bir müddət öncə problem də yaranıb. Artıq sağlamlığı ilə bağlı problemi arxada qoyan müğənni gələcək barədə nikbin düşünür: “Kifayət qədər dincəlmişəm. Sağlam və yepyeni bir insanam. İşləməyin zamanı gəldi. Özümü payız mövsümünə hazırlaşdırıram”.
0