“Bakı” qələbəni əldən verdi
14.07.2009 - 23:53
“Bakı” qələbəni əldən verdi
Bu gün Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Bakı” mübarizəyə qoşulub. Qyoko Hacıyevskinin yetirmələri qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsində Litvanın Panevejis şəhərində yerli “Ekranas”la qarşılaşıb.

Apasport.az saytı “Ekranas” - “Bakı” matçının nəticəsini onlayn təqdim edib. Oxucular bu görüşdə vurulan qollar, baş verən maraqlı hadisələr, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola biliblər.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanıb.



Çempionlar Liqası, ikinci təsnifat mərhələsi, ilk oyun

“Ekranas” (Litva) - “Bakı” (Azərbaycan) - 2:2
QOLLAR:Biçka, 52, Trakis, 90+2 - Feliks, 78, Batista, 90+1
Hakimlər: Saşa Kever, Devis Dettamanti, Sandro Pozzi, Daniel Vermelinger (hamısı İsveçrə)
Hakim-inspektor: Karel Bohunek (Çexiya)
UEFA nümayəndəsi: Miloş Markoviç (Serbiya)

“Ekranas”: 1. Ceznaiiauskas Vytautas, 11.Bidlauskas Andrius, 3. Gleveckas Dainius, 77. Tomkevicius Giedrus, 58. Matoviç Duvau, 17. Arlauskas Andrius, 22. Bicka Deimantas, 88. Galkeviçius Dominykas, 7. Azemolo Olabumbo, 9. Trakis Valdas, 18. Varmas Egidius

Ehtiyat oyunçular: 12. Kaumeckas Tadas, 15. Sasnauskas Nerisus, 6. Sarunas Dovikas, 16. Samuzauskas Paulive, 10. Banya Zilvimas, 37. Pogreban Sergheti, 32. Aranreloviç Darko

“Bakı”: 23. Xalidu Sissoko, 32. Aleksey Savinov, 4. Vadim Borets, 5. Stevan Bates, 2.Rafael Barbosa, 55. Georgi Adamiya, 77. Aleksandr Soliç, 20. Fabio Luis Ramim, 8. Ernad Skuliç, 9. Feliks Felipe Almeyda, 27. Bəxtiyar Soltanov.

Ehtiyat oyunçular: 1. Marko Şarliya, 21. Aleksandr Tamaş, 3. Rafael Əmirbəyov, 12. Fernando Peres, 7. Mahmud Qurbanov, 10. Amiran Muciri, 30. Vilyam Roşa Batista

---
“Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski start heyətində nə kapitan Rafael Əmirbəyova, nə də Mahmud Qurbanova yer verib. Əvəzində gənc Bəxtiyar Sultanov ilk “11”liyə düşüb.
Komandalar artıq meydana çıxıb. Oyuna meydan sahibləri başlayır.
10-cu dəqiqədə meydan sahibləri hesabı açmağa yaxın olur. Amma Sissoko qola imkan vermir.
16-cı dəqiqədə Adamiya sarı vərəqə ilə cəzalandırılır.
Bəxt “Ekranas”ın üzünə gülür. 18-ci dəqiqədə Boretsin zərbəsi qapı tirinə dəyir.
Daha bir sarı vərəqə. 25-ci dəqiqədə Qleveçkasa xəbərdarlıq edilir.
Bu dəfə komandamızın bəxti gətirir. 37-ci dəqiqədə Savinov cərimə meydançası daxilində rəqibin fərlənməsinə imkan vermir.
38-ci dəqiqədə “Ekranas” 100 faizli qol imkanını boşa verir. Amma Sissoko topu çətinliklə də olsa qapıdan çıxarır.
43-cü dəqiqədə Adamiya axır ki qapıya dəqiq zərbə endirir. Amma qapıçı qola imkan vermir.

İlk hissə başa çatır.

İkinci hissə başlayır.
Galkeviçius Dominykasun əvəzinə Darko Aranreloviç çıxır.
50-ci dəqiqədə “Bakı”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunur. Barbosa isə sarı vərəqə ilə cəzalandırılır.
52-ci dəqiqədə Biçka penaltidən hesabı açır.
61: Soliç qapıya təhlükəli zərbə vursa da, hesab dəyişmir.
64: Qapımız qarşısında daha bir təhlükəli vəziyyət. Ancaq Trakis hesabı artıra bilmir.
Hakim Biçkaya sarı vərəqə göstərir.
67: Zədə alan Ramim görüşü davam etdirə bilmir. Meydanı xərəkdə tərk edən braziliyalını Onu Mucuri əvəzləyir.
78: Komandamızdan bərabərlik qolu. Almeyda Feliks debüt matçındaca “Bakı”ya həyat verən topu vurur.
Hacıyevski növbəti oyunçu dəyişikliyinə əl atır. O, 79-cu dəqiqədə Adamiyanı Batista ilə əvəzləyir.
86: Hakim Bəxtiyar Sultanov da xəbərdarlıq edir.
88: Duşan Matoviç də sarıvərəqə ilə cəzalandırılır.
Hakim oyuna 4 dəqiq əlavə edir.
Komandamız ikinci topu vurur. 90+1ci dəqiqədə Batista fərqlənir.
90+2-ci dəqiqədə Trakis hesabı bərabərləşdirir.

Oyun başa çatdı. Komandamız səfərdən sərfəli nəticə ilə dönür.
0