Qyoko Hacıyevski: Qapımıza təyin edilən penalti komediya idi
15.07.2009 - 07:17
Qyoko Hacıyevski: Qapımıza təyin edilən penalti komediya idi
Oyun sonrası mətbuat konfransına ilk olaraq gələn “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski litvalı həmkarı Valdas Urbonası bir neçə dəqiqə gözləməli oldu. Nəhayət, “Ekranas”ən baş məşqçisi zala daxil oldu və ilk olaraq sözü makedoniyalı mütəxəssisə verildi.

-Oyun haqda fikirlərinizi bildirməyinizi istərdik...
-İlk olaraq, “Ekranas” rəhbərliyinə bizə qarşı göstərdikləri qonaqpərvərliyi görə minnətdarlığı bildirmək istərdim. Bizi çox yaxşı qarşıladılar, şərait, münasibət əla idi. Meydançanın öt örtüyü də xoşuma gəldi. Qazon yaxşı vəziyyətdə idi. Bu gün meydanda iki iddialı klub görüşdü. İndi komandamızdan həm razı, həm də narazı ola bilərəm. Narazı ona görə, başqa, bundan bir az da yaxşı oyun gözləyirdim. Ancaq fikirlərim tam istədiyim keçmədi. Xüsusilə ilk hissədə yaxşı oyun görmədim. “Ekranas”ın indiki vəziyyətdə bizdən bir az üstünlüyü ondadır ki, onlarda çempionat gedir. Biz isə keçdiyimiz təlim-məşq toplanışından sonra ilk rəsmi oyuna çıxdıq. Yeni futbolçularımızdan 4-cü meydanda idi, özü də əsas heyətdə idi. Açıq deyim ki, hakimin qapımıza təyin edildiyi penalti komediya idi. Həmin epizodla bağlı fikrim belədir ki, orada qayda pozuntusu yox idi. Təzyiqlərimiz bəhrəsini verdi və son dəqiqələrdə artıq biz hesabda irəlidə idik. Ən yaxşı futbolçularımızdan olan Fabio Luis Ramimi zədəyə görə əvəzləməli idim. Daha iddialı olaraq, qələbə qazanmağa layiq idik. Ancaq təəssüf ki, son saniyələrdə lazımsız qol buraxdıq. Açığı, “Ekranas”ın qol imkanları elə də çox deyildi idi. Elə Trakisin hesabı bərabərləşdirənə qədər zərbəsini Sissokonun dəf etməsini qeyd etmək olar. Hesab edirəm ki, bu, ən yaxşı imkanları idi. 2:2 hesablı nəticə bizə bir az üstünlük verir. Ancaq istənilən halda, sona qədər oynamaq və mübarizə hələ bitməyib. Kimin daha güclü iki oyundan sonra bilinəcək.

-“Ekranas”ın oyununu necə qiymətləndirərdiniz?
-“Ekranas” böyük ulduzlar olmasa da, çox yaxşı təsir bağışlayır, intizamlıdır. Sürətli oyuna üstünlük verir. Fikrimcə, bu gün maksimim güclərini ortaya qoydu.

-Rəqibiniz oyunlarını buna qədər görmüşdünüz?
-Bəli. Çempionatda “Edinula” 2:0 məğlub etdiyi, “Duvuva” ilə 2:2 hesabı ilə nəticələnən derbi oyunlarını görmüşdüm. Sonuncu görüşdə köməkçim oyunu burada idi, tribunadan oyunu izləyirdi. Kiprdə 1:1 hesabı ilə nəticələn yoxlama oyunu haqda da məlumat almışdım. Ancaq deyim ki, “Ekranas” gözlədiyimdən, fikirləşdiyimdən bir az yaxşı təsir bağışladı. Bilirsiniz. Biri var, oyunu diskdə, televiziyada görmək, biri da canlı. Fikirmcə, bunlar fərqlidir.

-Oyundan əvvəl heç-heçəyə qane olduğunuzu demişdiniz. Ancaq buna nail olduğunuz halda, indi nəticəyə görə narazılıq edirdiniz...
-Ona görə narazıyam ki, 90-cı dəqiqədə hesabda 2:1 irəlidə idik Sona lap az qalmış qol buraxıb, hesabın 2:2 olacağınız gözləmirdim. Ancaq hesab 2:1 olsaydı belə, arxayınlaşıb, sona qədər oynamaq, Bakıda da mübarizə aparmaq lazımdır. Biz üç həftə Sloveniyada hazırlıq keçdik. Sabah Bakıya qayıdacağıq. Öz meydanımızdakı görüşə daha yaxşı hazırlaşıb, yaxşı atmosfer yaratmalıyıq. Fikrimcə, həmin görüşümüzə burdakından daha çox azarkeş gələcək. Həmin matçda bundan da yaxşı oynamağa çalışacağıq.

-Yeni futbolçularınız haqda nə deyə bilərsiniz?
-Açığı, onlar bu gün maksimum güclərini ortaya qoymadılar. Yəni hazırlıq prosesində yoxlama oyunlarından bundan daha yaxşı oynamışdılar. Onlar Sloveniyadan bundan xeyli yaxşı oyun göstərmişdilər. Ancaq yoxlama oyunları ilə rəsmi görüşlər bir-birindən fərqlənir. Fikrimcə, bu planda vəziyyətin qaydasına düşməsi üçün hələ gəzləmək lazımdır. Feliks bu gün qol vurdu, Soliç yaxşı oynadı, çox qaçırdı. Elə Bates ilə Barbosadan da bundan yaxşı oyun gözləyirəm.

-Çox futbolçularınız ümidləri doğrultmadı? Yəni cavab görüşündə heyətdə böyük dəyişikliklər olacaq?
-Yox. Ancaq konkret hansı dəyişiklər haqda indi bir şey deyə bilmərəm. Ancaq bir daha oyuna baxmaq, təhlil etmək lazımdır. Bu məsələdə tələsmək lazım deyil.
0