Urbonas: “Bakı”nın hücumçusunun qolunu uzun müddət unutmayacağıq
15.07.2009 - 07:24
Urbonas: “Bakı”nın hücumçusunun qolunu uzun müddət unutmayacağıq
Ardından söz Urbanasa verildi və o, hansı dildə danışmağı soruşdu. Litvalı həmkarlarımız bunun televiziyada göstəriləcəyini deyərək, öz dillərində danışmasını təkid etdilər. Bu zaman “Ekranas”ın baş məşqçisinin fikirləri ruscaya tərcümə olunurdu.

-İlk öncə hamını bugünkü futbol oyunu ilə münasibəti ilə təbrik edirəm. Bu, mövsümdə əsas oyunlarımızdan biri idi. Bu gün iki güclü komandanın görüşünü izlədik. Hər ikisində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bizə heç də asan olmadı. Bu gün qarşımızda iki vəzifə dururdu – qələbə qazanmaq və qol buraxmamaq. Hər ikisini yerinə yetirmədik. Nəticəyə baxmayaraq, futbolçularımıza iradım yoxdur. Onlar bu günü bütün güclərini ortaya qoydular, bir neçə qol imkanı yaratdılar. İlk hissədə “Bakı” praktiki qapımıza bir təhlükə yaratdı ki, onda da top dirəkdən döndü. Ancaq digər tərəfdən, “Bakı” topa yaxşı nəzarət edir. İkinci hissədə bizə bir qədər çətin oldu. Çünki əsas futbolçularımızdan olan Qelyakiviçusun zədə üzündən əvəzləmi olduq. Bundan sonra oyunumuzun taktikasını da dəyişməli olduq. Oyunun mənzərəsi dəyişdi və qoldan sonra təşəbbüsü əldən verdik. Bu zaman cari mövsümdə problemimiz özünü göstərdi. Yəni bu, son dəqiqələrdən qol buraxmaqdır. Bu, tez-tez baş verir. Belə alındı ki, “Bakı” elə də imlanı olmadığı halda, bizə iki qol vurdu. Həmin epizodlarda futbolçularımıza bir az konsentrasiya çatışmadı. Əlbəttə, son saniyələrdə vurduğumuz qol ilk növbədə psixoloji baxımdan bizim üçün müsbət cəhətdir. Çünki komanda hazırda yüksəlişdədir. Elə Bakıda qol vurmağa çalışacağıq.

-Penalti haqda fikirlərinizi bilmək istərdik. Sizə elə gəlmədi ki, həmin epizodda penalti şübhəli idi?
-Hakimliyi indi durub şərh edə bilmərəm. Gərək, həmin epizoda təkrar baxmaq lazımdır. Nəsə demək üçün bunu mütləq etməliyik. İndi danışmaq daha çox emosiyalarla bağlıdır. Kim kimi tutub, saxladı, bunu necə etdi və bu kimi suallar çoxdur. Belə suallara indi cavab verə bilmərəm. Mən epizodu dəqiq görə bilmədim.

-“Bakı”nın indiki heyətinin oyunu görməməyi sizi pis vəziyyətə qoymadı ki? Yəni videoyazılar əvvəlki idi, orada yeni futbolçular yox idi...
- Həmkarımın o fikrini dəstəkləyirəm ki, diskdə, videokasetdə oyunu görməklə canlı görmək bir-birindən fərqlənir. Hər halda, biz “Bakı”nın oyun dəst-xəttini görə bilmişdik. Komandaya yeni futbolçular gəlsə də, bu, dəyişməmişdi. Ucaboylu hücumçu Feliksi “Ekranas” hələ uzun müddət unutmayacaq.

-İkinci mərhələyə keçəcəyinə inanırsınızmı?
-Bəli.

-Sizsə, oyuna görə hansı nəticə daha qanunauyğun idi?
-Yenidən proqnozlara işarə vurursunuz. Buz bu yox, oyun haqda danışırıq.

-Hər halda, oyunu gördünüz...
-Buna cavab verə bilmərəm.

-“Ekranas”ən azarkeşlərinin “Bakı”nın qaradərəli futbolçuları – Sissoko və Feliksə qarşı iqrçilik şüarlarını necə şərh edərdiniz?
-Hesab etmirəm ki, bunu şişirtmək üçün nəsə baş verdi. Ola bilsin ki, vəziyyətlə bağlı daha çox səs-küy oldu. Futbolçular da təxribatçılıq etməməli idi. Mən Feliksin qapımıza qol vurduğu zamanı azarkeşlərə tərəf hansı hərəkət etdiyini gördüm. Ona bir daha diqqətlə, baxın, özünüz da görəcəksiniz. Nəsə günahımız olsa, UEFA bununla bağı qərar verəcək.
0