Naira Şahtaxtinskaya: Soliç və Batistanın oyunu xoşuma gəldi
15.07.2009 - 07:48
“Bakı”nın “Ekranas”la görüşdə oyunundan razı qaldım. Fikrimcə, ikinci hissədə komandamız daha yaxşı oyun nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın Litvadakı səfiri Naira Şahtaxtinskaya deyib.
Oyunu stadiondan izləmək üçün Panevejis şəhərinə gələn Şahtaxtinskaya futbola ilk dəfə gəldiyini bildirib: “Bu, “Bakı”nın oyununa təsadüf etdi. Çox şadam ki, ilk dəfə futbola gəldiyim zamanı yüksək səviyyədə oyun gördüm. Komandamızdan 77 (Soliç) və sonradan meydana daxil 30 nömrəli (Batista) futbolçunun oyunu xoşuma gəldi. 4 nömrə (Borets) də pis deyildi. Səfərdə oynamalarına baxmayaraq, futbolçular çox sərbəstdirlər”.
Şahtaxtinskaya bir həftə sonra keçiriləcək cavab görüşünü da stadiondan izləyəcəyini istisna edib: “Əgər imkan olsa, mütləq gələcəyəm. Mənə elə gəlir ki, mərhələ keçmək şansımız Bakıda daha çox olacaq. İnşallah, növbəti mərhələyə yüksələcəyik. Çünki əgər səfərdə belə yaxşı oynayıblarsa, onda öz meydanlarında daha yaxşı oynayacaqlar. Bakıda çox gözəl bir oyun gözləyirik”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0