Fabio Luis Ramimin başına tikiş qoyulub
15.07.2009 - 08:01
Fabio Luis Ramimin başına tikiş qoyulub
“Bakı” klubunun braziliyalı futbolçusu Fabio Luis Ramimin başına tikiş qoyulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın da üzvü olan 27 yaşlı milliləşən yarımmüdafiəçi “Ekranas” ilə ilk görüşdə rəqiblə toqquşma nəticəsində ciddi xəsarət aldı. Xərəkdə meydanı tərk edən Fabioya bir müddət meydanın kənarında da tibbi yardım göstərildi. “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski Ramimə başında zədələnən yerə 4-5 tikiş qoyulduğunu bildirdi. O, yetirməsinin cavab görüşünə qədər sağalacağına ümid edir.

Qeyd edək ki, “Bakı” – “Ekranas” görüşü iyulun 21-də keçiriləcək.
0