Valdas İvanauskas Bakıya gələ bilmir
15.07.2009 - 08:09
Valdas İvanauskas Bakıya gələ bilmir
“Standard” klubunun yeni baş məşqçisi Valdas İvanauskas Bakıya gələ bilmir. Apasport.az saytının məlumatına görə, təcrübəli litvalı mütəxəssis ölkəmizə bilet tapmaqda problemlə üzləşib. Litvanın paytaxtı Vilnüsdən Bakıya birbaşa reys olmadığı üçün Riqaya gəlmək lazım gəlir.

Oradan da paytaxtımıza birbaşa hava reysi mövcuddur. Elə bu gün belə reyslə “Bakı”nın futbolçuları və rəhbərliyi geri qayıdacaq. Ancaq ora biletlər artıq satıldığından, İvanauskas başqa marşrut seçməlidir. Baxmayaraq ki, o, elə bu gün “Bakı”nı gətirən təyyarədə paytaxtımıza gəlmək istəyirmiş. İvanauskas “Standard”a köməkçisi ilə birgə gəlir.

Qeyd edək ki, bilet, hava reysi ilə bağlı problemlər “Bakı”nın Çempionlar Liqasında rəqibi olan “Ekranas”ın da planlarına təsir göstərib. Belə ki, Panevejis təmsilçisi Bakıda 4 gün qalmalı olacaq. İyulun 20-də 34 nəfərlik nümayəndə heyəti ilə ölkəmizə gələcək “Panevejis”lilər oyundan iki gün sonra geri qayıtmalı olacaqlar.
0