“Hafiz Məmmədov öyrənmək istəyirdi ki...”
15.07.2009 - 08:26
“Hafiz Məmmədov öyrənmək istəyirdi ki...”
“Ekranas” klubunun prezidenti Austryis Libanasın müsahibəsi

- İlk oyundakı nəticədən “Bakı” mərhələ keçmək şansının sizdən daha çox olması ilə razılaşırsınız?
- Bəli. Ona görə ki, siz bizə səfərdə iki qol vurmusunuz. Deməli, bizə Bakıda 0:0 hesablı heç-heçə yetərli olmayacaq. Deməli, qol vurmalıyıq. Əgər biz buna nail olsaq, son nəticə başqa cür ola bilər. Özünüz də gördünüz ki, biz qol vura bilirik. Burda böyük azarkeş kütləsi, yaxşı ab-hava var idi. Bakıdakı oyunda da məhz bunu gözləyirəm. Əvvəl də sizə deyim ki, “Bakı” ilə oyun öncəsi Kiprdə təlim-məşq toplanışında olduq. Orada, Nikosiyada yerli “Omoniya” ilə yoxlama oyununu 15 min azarkeşin qarşısında oynadıq.

- Bakıda bundan da çox azarkeş stadionda olacaq...
- Kiprdə 15 min azarkeşin qarşısında özümüzü itirmədik. Ümid edirəm ki, Bakda atmosfer çox yaxşı olacaq.

- Yəqin ki, son saniyələrdə vurulan qola sayəsində ümumi nəticədən siz də razı qalmalısınız.
- Əlbəttə. Hər halda, 1:2 hesabı ilə uduzmaqdansa, 2:2 hesablı heç-heçə yaxşıdır. Futbolçularımdan son kimi mübarizə apardıqlarına görə razı qaldım.

- Sizcə, hesab oyuna görə oldu?
- Bəli. Mən belə düşünürəm.

- Necə fikirləşirsiniz, bu, “Ekranas”ın maksimal potensialıdır?
- Bunu dəqiq belə demək çətindir. Fikrimcə, biz yaxşı oynayırdıq. Əlbəttə, həmişə daha yaxşı oynamaq, bir az da diqqətli olmaq olar. Əlinə düşən imkanlarda bəxtinin gətirməyinizi istərdiniz. Ancaq buna nail olmaq mümkündür.

- Bəs rəqib haqda hansı fikirdəsiniz?
- “Bakı” əla komandadır, əla futbolçuları, böyük potensialı var. Şəxsən mən komandanın baş məşqçisi ilə söhbət etmişdim. Çox intellektual, yaxşı insandır. Eşitdiyimə görə, “Bakı” digər Azərbaycan klublarından fərqlənir.

- Hakimlikdən razı qaldınızmı? Qapımıza təyin edilən penalti zərbəsi şübhəli idi?
- Bunu hakimin mühakiməsinə buraxıram. Elə ilk hissədə “Bakı”nın futbolçusunun əllə oynadığı, ancaq təyin edilməyən penaltini də. Hakim necə qərar verirsə, elə də olur. Ancaq prinsipcə, hakimlikdən razı qaldım. Ancaq o məqamda onunla razı deyiləm ki, fanatlar nəsə qışqırdıqlarına görə oyunu dayandırdı. Bilirsiniz, həddən çox emosiyalar var idi.

- Həmin epizodda irqçilik şüarları oldu...
- Fikrimcə, bu, emosiyadan yaranan qışqırıqlar idi. Çünki bizim komandada da qardərili futbolçu var. Nə deyirsiniz, biz öz futbolçumuza qarşı da qışqıracağıq? O da qaradərilidir. Stefen Ademolaya da belə vəziyyətdə pis olacaqdır. Bəs “Bakı”nın futbolçusu tərəfdən bəzi jestler də düz deyil.

- Konkret nəyi nəzərdə tutursunuz?
- Mən həmin futbolçunun adını bilmirəm. Bizə ilk qol vuran ucaboylu futbolçunu nəzərdə tuturam.

- Feliks Felipe Almeydanı nəzərdə tutursunuz...
- O, ilk qoldan azarkeşlərimizə tərəf nə hərəkət etdi...

- Feliks sadəcə, rəqs edirdi. Braziliyalıdır, onu başa düşmək lazımdır...
- Elə isə onda bizim azarkeşlərin də emosiyalarını başa düşmək lazımdır.

- Oyundan əvvəl bizə demişdiniz ki, “Bakı” üzərində qələbə qazansanız, futbolçulara böyük məbləğdə mükafat verəcəksiniz. Bəs heç-heçəyə görə nəsə mükafat olacaq?
- Mükafat mərhələ keçməyə görə nəzərdə tutulub. Əlbəttə ki, bu oyuna görə heç bir mükafat olmayacaq. Mükafat nəticəyə görə verilir, daha ayrı oyuna görə yox. Misal üçün biz evdə 2:0 hesabı ilə qalib gələrdik, futbolçular da mükafat alırdı. Ancaq cavab görüşündə 0:3 hesabı ilə məğlub olub, mübarizəni dayandırardıq. Onda belə çıxır ki, əvvəldən verilən pul şöhrət gətirmir. Mənə deyin görüm, oyun, Litva xoşunuza gəldi?

- Bəli, hər şey qaydasında idi. “Bakı”nın prezidenti ilə görüşdünüz. O da sizin kimi iş adamıdır. Hafiz Məmmədovla söhbətiniz nə təəssürat oyatdı?
- Onunla tanışlıqdan, söhbətlərdən razı qaldım. Məmmədov öyrənmək istəyirdi ki, hansı biznes sahələrimiz var, o, öz işləri haqda danışdı. Bizim oturduğumuz stolda təxminən 12 nəfər əyləşmişdi. Biz bir-birimizlə tanış olmaq istəyirdik.

- Yaxından tanış ola bildinizmi?
- Bəli. Məmmədovla dostcasına söhbətləşdik. O, mənə dedi ki, Bakıya gəl.

- Yəqin ki, Hafiz Məmmədovun timsalında dostlarınızdan biri də artdı...
- Mən buna ümid edirəm.
0