Əfsanəvi futbolçu həbs olundu
15.07.2009 - 09:37
Əfsanəvi futbolçu həbs olundu
Əfsanəvi braziliyalı futbolçu Romario alimenti ödəmədiyi üçün iyulun 21-də Rio-de-Janeyro şəhərində həbs olunub. Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, keçmiş həyat yoldaşı Monika Santoronun Romariodan tələb etdiyi alimentin ödənilməyən hissəsinin məbləği açıqlanmır.

43 yaşlı sabiq hücumçu birinci nikahından qızı və oğlu üçün ödədiyi pulun qəbzlərini təqdim etmələri barədə vəkillərinə göstəriş verib. Braziliya milli komandasının keçmiş oyunçusu alimentləri ödəmədiyi üçün 2004-cü ildə də bir neçə saatlıq saxlanılıb. Lakin həmin vaxt ondan bu vəsaiti ən yaxın müddətdə ödəyəcəyi haqda söz aldıqdan sonra buraxıblar. Yeni həbsin şahidi olan qonşuları isə Romarionun saxlanılmasını 7 milyon dollar qiymət qoyulan mənzili ətrafındakı mübahisələrlə əlaqələndiriblər.

Qeyd edək ki, Romario 1994-cü ildə dünya çempionu olan Braziliya milli komandasının heyətində turnirin və ilin ən yaxşı oyunçusu seçilib. 2007-ci ilin aprelində o, şəxsi hesablamalarına əsasən 1000-ci qolunu vurub. 2008-ci ilin yazında isə karyerasını bitirib.
0