“Qarabağ” Fabianı Bakıya gətirəcək
15.07.2009 - 11:31
“Qarabağ” Fabianı Bakıya gətirəcək
Ağdamın “Qarabağ” klubu sabah avroliqanın ikinci təsnifat mərhələsində ilk görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamızın Norveçdə yerli “Rusenborq”la oyununu makedoniyalı beynəlxalq dərəcəli hakim Dimitar Metskarovski idarə edəcək. Bir həftə sonra Bakıda baş tutacaq qarşılaşmanı idarə etmək isə macarıstanlı hakimlərə tapşırılıb. Belə ki, baş hakim Mihay Fabiananı köməkçiləri Jolt Varqa və Yanoş Medovarski olacaq.
0