Arda Turan sevgilisini döydü - FOTO
15.07.2009 - 11:50
Arda Turan sevgilisini döydü - FOTO
Türkiyə milli komandasının üzvü, “Qalatasaray”ın kapitanı Arda Turan yenə qalmaqalla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı istedadlı futbolçu sevgilisini döyüb.

Türkiyə mətbuatının xəbərində bildirilir ki, Arda 400 min dollara aldığı “Aston Martin” markalı avtomobillə dünən gecə kafeyə gəlib. Burada o, sevgilisi Eda ilə əylənib. Müəyyən müddət sonra onlar arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya Eda Turanın idman geyimindən tutaraq, dartıb. Futbolçu isə özünü saxlaya bilmədiyindən, xanıma əl qaldırıb. Arda kafedən çıxmaq istəsə də, Eda buna imkan verməməyə çalışıb. Bu zaman “Cim Bom”un üzvü sevgilisinin saçından tutub, yenə ona fiziki təzyiq göstərib və kafeni tərk edib.

Lakin Arda mətbuata açıqlamasında hadisə ilə bağlı iddiaları qəbul etməyib: “Heç bir qadına əl qaldırmıram. Eda mənim keçmiş dostumdur. Kafedə onunla rastlaşdıq. Ayaqüstü söhbət etdik və zarafatlaşdıq. Aramızda mübahisə olmayıb”.
0