“Futbolçularımın oyunundan razı qaldım”
15.07.2009 - 12:48
“Futbolçularımın oyunundan razı qaldım”
“Asan oyun oldu. Rəqib bizə müqavimət göstərə bilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşınadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Şamil Heydərov deyib.

Litvada “Gintra Universitetas” tərəfindən təşkil olunan turnirdə meydan sahibləri üzərindəki qələbədən (8:0) sonra AFFA-nın rəsmi İnternet səhifəsinə açıqlama verən Heydərov bildirib ki, oyundan razı qalıb: “Oyunun gedişi hesabda özünü büruzə verdi. Futbolçularımın oyunundan razı qaldım”.
0