Oyun vaxtı ildırım çaxdı: 25 yaralı
15.07.2009 - 13:31
Oyun vaxtı ildırım çaxdı: 25 yaralı
Avstriyanın şərqindəki Leoben şəhərində həvəskar komandalar arasında keçirilən futbol matçında ildırım vurması nəticəsində 25 nəfər yaralanıb. Lent.az-ın “Standart” qəzetinə istinadən verdiyi məlumata görə, aydın gündə gözlənilmədən çaxan ildırım futbol meydançasının qapısını vurub.

Yaralananlar arasında futbolçularla bərabər azarkeşlər də olub. İldırım dalğasının gücü o qədər böyük olub ki, oyunçuları yuxarı tullayıb. Qırmızı Xaç Komitəsinin vertolyotları qorxulu insidentdən bir neçə dəqiqə sonra çağırılsalar da, uçuş üçün əlverişsiz hava şəraiti üzündən hadisə yerinə gələ bilməyiblər. Bütün zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
0