“Rusenborq” “Qarabağ”la oyunqabağı çətin vəziyyətə düşüb
15.07.2009 - 16:01
“Rusenborq” “Qarabağ”la oyunqabağı çətin vəziyyətə düşüb
Norveçin “Rusenborq” klubu Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la oyun öncəsi çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, Tronheym komandası sabahkı matçın protokoluna salmağa 18 futbolçu tapa bilmir.

“Rusenborq”un baş məşqçisi Erik Hamrin bir neçə oyunçunun zədəli olduğunu bildirib. İndi komandanın düşərgəsində 17 sağlam futbolçu var. Aleksandr Lund Hansenin zədə ucbatından “Qarabağ”la görüşü buraxacağı dəqiqdir. Protokolda boş qalmış 18-ci yerə isə 3 nəfər namizəddir. Bu yeri səhhətlərində problem yaranmış Vadim Demidov, Kyell Rune Sellin və ya Andreas Nordvik tutacaq.

Baş məşqçini qayğılandıran daha bir məsələ isə Slovakiya yığmasının üzvü Marek Saparanın komandadan ayrı olmasıdır. Saparanın xidmətində “Beşiktaş” maraqlıdır. Hamrin İstanbul klubuna transfer olmaq istəyən futbolçu barədə bunları deyib: “Sapara “Beşiktaş”a keçəcəyi təqdirdə, cari mövsüm avrokuboklarda oynaya bilməyəcək. Çünki o, komandamızın heyətində Avroliqaya sifariş olunub”.

Sabah “Qarabağ”la qarşılaşmada “Rusenborq”un protokoluna düşəcək futbolçular:

Rune Almenninq Yarsteyn, Even Barli, Per Siljan Skyelbred, Aleksander Tetti, Roy Miller, Mayk Dorsin, Maykl Lustiq, Kris Stadsqaard, Antoni Annan, Alexandro Laqo, Trond Olsen, Didyer Konan Ya, Steffen İversen, Rade Priça, Dario Zahora, Roar Strand, Abdou Razak Traore.
0