Devid Bekhemin yeni tatuirovkası - FOTO
15.07.2009 - 16:50
İngiltərə milli komandasının və ABŞ-ın “Los Anceles Qalaksi” klubunun futbolçusu Devid Bekhem bədəninə yeni tatuirovka çəkdirib. Apasport.az saytının məlumatına görə, yeni tatuirovka onun sol qoluna həkk olunub.
Burada qız şəkli və onun başı üzərində qızıl güllər əksini tapıb. Diqqətlə baxdıqda, qızıl güllərin sayının 10 olduğunu görmək mümkündür. Bu say isə heç də təsadüfi deyil. Belə ki, Devid tatuirovkanı həyat yoldaşı Viktoriya Bekhemə həsr edib. İyulun 4-də onların evlənmələrinin 10 ili tamam olub. Tatuirovka da məhz Bekhemlər ailəsinin yubileyinə bir işarədir.

0
0