“Neftçi” sabah “Kocaelispor”la qarşılaşacaq
15.07.2009 - 16:58
“Neftçi” sabah “Kocaelispor”la qarşılaşacaq
Türkiyədə hazırlıq keçən “Neftçi” sabah yoxlama matçında qüvvəsini sınayacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, dördqat Azərbaycan çempionu “Kocaelispor”un əvəzedici heyəti ilə qarşılaşacaq. İzmit komandasının bazasında keçiriləcək görüş Türkiyə vaxtı ilə saat 18:00-da başlayacaq.
0