Böyükağa Ağayev: “Neftçi” çempionluğa oynayacaq!
15.07.2009 - 18:03
Böyükağa Ağayev: “Neftçi” çempionluğa oynayacaq!
“Neftçi” klubunun Türkiyənin Kocaeli şəhərindəki Kartepe qəsəbəsində keçirdiyi təlim-məşq toplantısı avqustun 10-dək davam edəcək. Lent.az-ın məlumatına görə, bu haqda komandanın baş məşqçisi Böyükağa Ağayev “Anadolu” agentliyinə açıqlamasında bildirib.

Ağayev artıq fiziki hazırlıq üzrə çalışmaları başa vurduqlarını və ikinci mərhələdə taktiki hazırlığa üstünlük verdiklərini söyləyib. Türkiyə komandaları və futbolçularının uğurlarından danışan təcrübəli mütəxəssis qardaş ölkə klublarının bir neçəsindən nümunə götürdüklərini deyib: “Türkiyə komandaları dünyada tanınan oyunçulara malikdirlər. Türkiyəli futbolçuları hər zaman klublarımızda görmək istəyirik. Onların Avropa klublarına daha asan transfer olma şansı var. “Neftçi”də də türkiyəli futbolçu Suat Usta çıxış edir. Usta, daha intensiv çalışsa, soyadı kimi usta futbolçu olacaq”.

Baş məşqçi “Neftçi” klubunun növbəti mövsümdə çempionluq üçün mübarizə aparacağını da vurğulayıb.
0