Türkmənistan yığmasının futbolçuları Premyer Liqada oynayacaqlar
16.07.2009 - 12:06
Türkmənistan yığmasının futbolçuları Premyer Liqada oynayacaqlar
Türkmənistan yığmasının üzvləri Dövlətmurad Atayevlə Pavel Xarçik karyeralarını Azərbaycanda davam etdirəcəklər. Apasport.az saytının məlumatına görə, vətənlərində “Aşqabad” klubunda forma geyinən bu futbolçular Yevlaxın “Karvan” klubuna keçiblər.

Qapıçı Xarçik bunadək Türkiyədə “Neftçi”nin hazırlıq prosesində yer alsa da, transferi baş tutmadı. O, Rusiyada “Rubin” və “Anji”də da oynayıb. Pavellə əsas heyətə düşmək uğrunda gənc həmkarı İvan Vasilyev rəqabət aparacaq. Vasilyev “Moskva” klubunun uşaq məktəbinin yetirməsidir. Özbəkistanın “Dinamo-Səmərqənd” klubunun futbolçusu Ömər Berdıyev də “Karvan”a transfer olunub. Berdıyevlə Xarçik komandaya Türkiyəyə qoşulacaqlar. Atayevlə Vadilyev isə Bakıdan gedən heyətdə yer alıblar.
Qeyd edək ki, “Karvan” bu gün yeni mövsümə hazırlıq məqsədi ilə Bolu şəhərinə yollanıb. Yevlax təmsilçisi həmişə olduğu “Dorukkaya Green Park” mehmanxanasında məskunlaşacaq. Avqustun 8-ə qədər davam edəcək hazırlıq prosesində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.

Komandanın baş məşqçisi Yunis Hüseynov səfərə 14 futbolçu aparıb. Atayev və Vasilyevlə yanaşı, Boluya Əziz Quliyev, Aleksandr İntskirveli, Mixail Mesxi, Markos Ferreyra, Andre Ladaqa, İlham Yadullayev, Leandro Qomeş, Elxan Cəbrayılov, Anar Həsənov, Emin Cəfərquliyev, Cavid İmamverdiyev, Orxan Həsənov Boluya yollanıb. Son üç futbolçu “Nefçi”dən icarəyə götürülüb.

Mənbə: pfl.az
0