“Bakı”nın futbolçuları “həbs”dən buraxıldı - YENİLƏNİB
16.07.2009 - 16:49
“Bakı”nın futbolçuları “həbs”dən buraxıldı - YENİLƏNİB
“Bakı” klubunun futbolçuları Felipe Almeyda Feliks və Rafael Barbosa Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Mötəbər mənbələrdən Lent.az-a daxil olan məlumata görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Litvada “Ekranas” komandası ilə qarşılaşmadan sonra ötən gecə ölkəmizə qayıdan “Bakı”nın braziliyalı legionerləri hava limanında saxlanılıblar.

Onlara bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yeni qərarına əsasən Braziliya vətəndaşları ölkəyə xüsusi icazə ilə buraxılmalıdır. Hazırda hər iki futbolçunu öz ölkələrinə deportasiya etmək istəyirlər.

----

Məsələ ilə bağlı apasport.az saytına münasibət bildirən klubun vitse-prezidenti Zeynal Məmmədov sözlərinə görə, artıq problem həll olunub: “Həmin futbolçuları artıq buraxıblar. Əvvəllər afrikalı futbolçuların gəlişi ilə bağlı xüsusi icazə olmalı idi. Bir həftədir ki, braziliyalılarla da bağlı belə qərar çıxarılıb. Bu səbəbdən Felikslə Barbosanı hava limanına saxlamışdılar və gecəni səhərə kimi orada qaldılar. Artıq bununla bağlı lazım olan sənədi almışıq. Ancaq onlar yorğun olduqlarından, bugünkü məşqimizi buraxmalı olacaq. Onlara birgünlük istirahət vermişik”.
0