Fatih Terim 6 milyonluq yeni villasına köçür
16.07.2009 - 22:06
Fatih Terim 6 milyonluq yeni villasına köçür
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim 3 il öncə İstanbul körpüsünün yaxınlığında aldığı villaya ailəsi ilə birgə köçməyə hazırlaşır. Lent.az-ın məlumatına görə, bu haqda “Posta” qəzetinə Terimin özü açıqlama verib.

O, bildirib ki, 6 milyon lirə qiyməti olan villanın dekorasiya işlərinə 2,5 il vaxt sərf olunub. Terim həyat yoldaşı Fulya ilə birgə qarşıdakı 15 gün ərzində yeni mənzilə köçəcəklərini deyib: “Fulya xanım bütün hazırlıqları tamamladı. 15 günədək yeni evimizə köçəcəyik. İnşallah, matçların gərginliyini Boğaz mənzərəli evimizdə atacağıq. Ora köçər-köçməz dostlarımıza bağçada gözəl qonaqlıq verəcəyik”.
0