Rəşad Sadıqov I dəstə komandasında oynayacaq!
19.07.2009 - 01:03
Rəşad Sadıqov I dəstə komandasında oynayacaq!
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun qarşıdakı mövsümdə harada oynayacağı bəlli olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçumuz yenə də “Kocaelispor”un şərəfini qoruyacaq. Xəbərdə bildirilir ki, artıq müdafiəçi ilə İzmit təmsilçisi rəhbərliyi arasında razılıq əldə olunub.

Qeyd edək ki, “Kocaelispor” ötən mövsümdən fərqli, bu dəfə Superliqada deyil, I liqada mübarizə aparacaq.
0