“Fəxr edirik ki, milli komanda Bakıdan kənarda ilk rəsmi oyununu məhz Lənkəranda keçirəcək”
20.07.2009 - 12:17
“Fəxr edirik ki, milli komanda Bakıdan kənarda ilk rəsmi oyununu məhz Lənkəranda keçirəcək”
“Arenamız artıq bir neçə ildir ki, beynəlxalq səviyyəli oyuna hazırdır. Əvvəllər hava limanı problemi üzündən stadionumuzda beynəlxalq görüşlərin keçirilməsi mümkün olmurdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev deyib.

FİFA və UEFA “Xəzər-Lənkəran” klubunun arenasında Azərbaycan və Finlandiya milli komandalarının sentyabrın 5-də rəsmi görüşünün keçirilməsinə icazə verib. Hacıyev bu oyunun yüksək səviyyədə keçiriləcəyinə şübhə etmədiyini söyləyib: “Avrokuboklar istəyimiz gerçəkləşmədi və bunun əvəzində AFFA bir daha regionlarda futbolun inkişafına diqqətlə yanaşdığını nümayiş etdirərək, bizə dərin etimad göstərdi. Çox fəxr edirik ki, milli komanda Bakıdan kənarda ilk rəsmi oyununu məhz Lənkəranda keçirəcək. Komandaların, rəsmi qonaqların və azarkeşlərin qarşıdakı oyunun təşkilatçılığından tam razı qalması üçün əlimizdən gələni edəcəyik”.
0