Çempionlar Liqasında ikinci təsnifat mərhələsi bitdi
23.07.2009 - 09:59
Çempionlar Liqasında ikinci təsnifat mərhələsi bitdi
UEFA Çempionlar Liqasında (ÇL) üçüncü təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “Makkabi” (Hayfa, İsrail), “Kopenhagen” (Danimarka) klubları ilk oyunlarda olduğu kimi, cavab görüşlərində də inamlı qələbə qazanmaqla növbəti mərhələyə çıxıblar.

“Bakı”nın sabiq futbolçusu Anatoli Ponomaryovun vaxtilə heyətində bürünc medal qazandığı İsveç “Kalmar”ı bəxtsizliyin qurbanı olub. Belə ki, Macarıstanın “Debretsen” komandasını evdə 3:1 hesabı ilə üstələyən “Kalmar” öz meydanında buraxdığı qola görə mübarizəni davam etdirə bilməyib. Bu komandalar arasında Macarıstandakı oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

İlk oyunlarını heç-heçə bitirən Avstriyanın “Zalsburq” və Sloveniyanın “Maribor” klubları mərhələ adlamaq vəzifəsini cavab görüşlərində qazandıqları qələbə ilə yerinə yetiriblər. Sözsüz ki, çərşənbə gününün ən böyük sensasiyası Estoniyada qeydə alınıb. Yerli “Levadiya” güclü rəqib Polşa “Visla”sını evdə 1:0 hesabı ilə yenməklə, sürprizə imza atıb. Polşada keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi.

“Aktobe” (Qazaxıstan) - “Hafnarfyordur” (İslandiya) - 2:0 (ilk oyun - 4:0)
“Düdelanj” (Lüksemburq) - “Ventspils” (Latviya) - 1:3 (0:3)
“Levadiya” (Estoniya) - “Visla” (Polşa) - 1:0 (1:1)
“Kalmar” (İsveç) - “Debretsen” (Macarıstan) - 3:1 (0:2)
“Qlentoran” (Şimali İrlandiya) - “Makkabi” (Hayfa, İsrail) - 0:4 (0:6)
“Bohemians” (İrlandiya) - “Zalsburq” (Avstriya) - 0:1 (1:1)
“Moqren” (Çernoqoriya) - “Kopenhagen” (Danimarka) - 0:6 (0:6)
“Maribor” (Sloveniya) - “VİT-Corciya” (Gürcüstan) - 3:1 (0:0)

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gələcək komandalar:

“Bakı” (Azərbaycan) - “Levski” (Bolqarıstan)
“Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya)
“Slovan” (Slovakiya) - “Olimpiakos” (Yunanıstan)
“Sürix” (İsveçrə) - “Maribor” (Sloveniya)
APOEL (Kipr) - “Partizan” (Serbiya)
“Şerif” (Moldova) - “Slaviya” (Çexiya)
“Aktobe” (Qazaxıstan) - “Makkabi” (İsrail)
“Ventspils” (Latviya) - BATE (Belarus)
“Levadiya” (Estoniya) - “Debretsen” (Macarıstan)
“Kopenhagen” (Danimarka) - “Stabek” (Norveç)
“Sparta” (Çexiya) - “Panatinaikos” (Yunanıstan)
“Şaxtyor” (Ukrayna) - “Timişoara” (Rumıniya)
“Sportinq” (Portuqaliya) - “Tvente” (Hollandiya)
“Seltik” (Şotlandiya) - “Dinamo” (Moskva, Rusiya)
“Anderlext” (Belçika) - “Sivasspor” (Türkiyə)

Qeyd: ilk oyunlar iyulun 28-29-da, cavab görüşləri isə avqustun 4-5-də keçiriləcək.
0