Yığmamızın baş məşqçisi: 35-40 dərəcə istidə məşq edirdik
23.07.2009 - 12:06
“Seçmə mərhələnin oyunları olduqca çətin keçdi. Qrupda 3 komanda yeganə vəsiqə uğrunda mübarizə aparırdı. Komandamız iki vacib matçda qələbə qazanıb, məqsədinə çatdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa çempionatının final mərhələsinə yüksəlmiş Azərbaycan çimərlik futbolu yığmasının baş məşqçisi Emil Cabbarov deyib.
İngiltərənin Maynhid şəhərində keçirilmiş seçmə turnir barədə fikirlərini bölüşən gənc çalışdırıcı bir sıra maraqlı nüanslara toxunub: “Rəqiblərimizin hər ikisini tanıyırdıq. Almaniya və İngiltərə ilə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində üz-üzə gəlmişdik. Amma Almaniya yığması sürpriz etdi. Belə ki, həmin heyətdən cəmi 2 futbolçu qalmışdı. Onlar nəticə qazanmaq üçün ciddi hazırlaşmışdılar. İngiltərə komandası da finala yüksəlmək istəyirdi. Şərtlər də onların xeyrinə idi. Həm azarkeş dəstəyi, həm də hakimlərin simpatiyası açıq-aşkar hiss olunurdu. Buna baxmayaraq, uşaqlar əla çıxış etdilər”.
Yığmamız Almaniyaya 6:4, İngiltərəyə isə 4:3 hesabı ilə qalib gəlib. Emil Cabbarov iqlim fərqindən və nominasiya qaliblərindən də danışıb: “Biz Bakıda 35-40 dərəcə istidə məşq edirdik. Amma İngiltərədə havanın hərarəti 15 dərəcəyə yaxın idi. Bu, bir qədər problem yaratdı. Hər halda, komandanın üzvləri bir ailə kimi vahid məqsəd ətrafında birləşdi. Emin Kürdov turnirin ən yaxşı qapıçısı, Müslüm Hüseynov isə ən yaxşı oyunçusu seçildi. Bir faktı da qeyd edim ki, İngiltərə ilə oyunun sonlarına yaxın qapıçımızın əl barmağı çıxmışdı. O, oyunu zədəli şəkildə başa vurdu”.
Avropa çempionatı A və B divizionlarında keçirilir. Milli komandamızla yanaşı Rumıniya da A divizionuna vəsiqə qazanıb. Artıq yığmamızın gələn ay Portuqaliyada təşkil olunacaq A divizionunun oyunlarına hazırlıq planları da bəllidir: “Hələlik uşaqlar istirahətdədirlər. 7-10 gün dincəldikdən sonra məşqlərimizi bərpa edəcəyik. Hazırlıq prosesi zamanı yeni taktiki sxemlər üzərində işləyəcəyik. Həmçinin fiziki hazırlığımızı artırmağa çalışacağıq. Ola bilsin ki, Avropa çempionatının final mərhələsinədək bir neçə yoldaşlıq oyunu keçirəcəyik. İnşallah, qitə birinciliyində uğurlu çıxışımızı davam etdirəcəyik. Buna komandanın potensialı var”.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0