“Neftçi” bu gün “Adanaspor”la qarşılaşır
31.07.2009 - 13:19
“Bayrampaşa” üzərində 4:0 hesablı qələbədən sonra gündə 2 dəfə məşqləri davam etdirən “Neftçi” Türkiyə toplanışında daha çox texniki-taktiki hazırlığa üstünlük verir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, heyətdəki bütün futbolçuların tam güclə çalışması məşqlərin intensivliyini də artırır.
Baş məşqçi Böyükağa Ağayev hazırlığın gedişindən razı qaldığını bildirib: “Bir neçə oyunçunun milli komandaların düşərgəsinə yollanmasına baxmayaraq, heyətin digər üzvləri onların yoxluğunu hiss etdirməməyə çalışır. Əsas məqsədimiz çempionatın ilk turunadək futbolçuları tam hazır vəziyyətə gətirməkdir”.
“Neftçi” Kartəpədə növbəti yoxlama oyununu bu gün keçirəcək. Rəqib Bank Asya 1-ci liqasında çıxış edən “Adanaspor” klubu olacaq.

- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
0
0