“Bakı” ilə “Qarabağ”a nə çatmır?
04.08.2009 - 10:26
“Bakı” ilə “Qarabağ”a nə çatmır?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü 350 klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubları şərikli liderliyini davam etdirir. Çempionlar Liqasının son mövsümünün finalçılarının hərəsinin 315 xalı var.

İngiltərənin digər təmsilçisi “Çelsi”ni üçüncü pillədən sıxışdıran Argentina “Estudiantes”i liderlərdən 20 xal geri qalır. İki ilə yaxındır ki, Azərbaycan klublarının təmsil olunmadığı “Top-350”də bu dəfə də komandalarımız yer almayıb. Siyahıda ən aşağı pillədə qərarlaşan klubun 64 xalı var. Azərbaycan klublarının xalları isə bundan xeyli azdır: “Qarabağ” 42,5 xal; “Bakı” 41 xal; “İnter” 29 xal. Bu da onların ilk “500-lüy”ə belə, düşməsinə imkan vermir.

Avrokuboklardakı rəqiblərimizdən Bolqarıstan “Levski”si 106 xalla 117-ci, Finlandiya “Honka”sı 82 xalla 224-cü yeri tutur.
0