“Mərhələ keçmək şansımız heç də “Levski”dən az deyil”
04.08.2009 - 10:47
“Mərhələ keçmək şansımız heç də “Levski”dən az deyil”
“Fikrimcə, “Levski”ni mübarizədən kənarlaşdırmağa gücümüz çatar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun braziliyalı hücumçusu Feliks Felipe Almeyda deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyunu ərəfəsində 24 yaşlı hücumçu təmsilçimizin Bolqarıstan “Levski”sindən zəif olmadığını söyləyib: “İlk oyun çox sərt və gərgin mübarizədə keçdi. Sabahkı qarşılaşmanın belə maraqlı olacağına şübhəm yoxdur. Bakıda səviyyə baxımından rəqibdən geri qalmadığımızı sübut etdik. İndi bizim mərhələ keçmək şansımız heç də “Levski”dən az deyil”.

Qeyd edək ki, “Bakı” və “Levski” arasında 0:0 hesabı ilə bitən ilk matçda Feliks başından xəsarət alaraq meydanı tərk etmişdi.
0