Bolqarlar Naci Şensoyu “Bakı”ya kömək etməkdə ittiham edirlər
04.08.2009 - 11:08
Bolqarlar Naci Şensoyu “Bakı”ya kömək etməkdə ittiham edirlər
Bolqarıstanın “Pirin” klubu rəsmi bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, Blaqoevqrad təmsilçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində sabah keçiriləcək “Levski” - “Bakı” oyunu ərəfəsində həmyerlilərinə dəstək olduğunu açıqlayıb.

“Pirin” rəhbərliyi bəyanat yaymaqla, Bolqarıstan mətbuatında dərc olunan yazılara, həmçinin komandanın türkiyəli baş məşqçisi, vaxtilə “Turan”ı çalışdırmış Naci Şensoyun “Bakı”ya kömək etməklə bağlı səslənən ittihamlara cavab verib: “Bəyan edirik ki, “Bakı” bizim klubun heç bir nümayəndəsi ilə rəsmi və ya qeyri-rəsmi əlaqə qurmayıb. “Pirin” bolqar futbolunun bir hissəsidir və ölkədə idmanın inkişafına çalışanlar ailəsinin üzvüdür. “Levski” də Çempionlar Liqasında Bolqarıstanı təmsil edir. Biz hər hansı bolqar klubunun əksinə hərəkət etməyi özümüzə sığışdırmarıq. “Pirin” klubu bütün təmsilçilərimizə avrokuboklarda uğurlar arzulayır”.
0