Hafiz Məmmədovun komandası 7,3 milyon avro qazana bilər
04.08.2009 - 11:46
Hafiz Məmmədovun komandası 7,3 milyon avro qazana bilər
İkiqat Azərbaycan çempionu “Bakı” 7,3 milyon avroya sahib çıxa bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün təmsilçimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmalıdır.

Hafiz Məmmədovun prezidenti olduğu klub sabah Bolqarıstan “Levski”sini, dördüncü təsnifat mərhələsində isə növbəti rəqibini mübarizədən kənarlaşdıracağı təqdirdə, UEFA-nın səxavəti ilə üzləşəcək. İldən-ilə avrokubokların mükafatlarını qaldıran qurum yenə böyük məbləğlər vəd edir. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə üçün UEFA hər kluba 7,1 milyon avro verəcək. Bundan başqa öz ölkəsinin çempionu olan komandalar daha 200 min əldə edəcək.

Qrup mərhələsində isə hər qələbəyə görə 800 min avro verilir. Heç-heçə zamanı bu məbləğ 2 komanda arasında yarı bölünür.

Avropa Liqasının mükafatları isə nisbətən azdır. Qrupa düşmək 1 milyon avrodursa, qrupdakı hər qələbə 140 min, heç-heçə bunun yarısına bərabərdir. Qrup mərhələsini keçdikdə, klub büdcəsini 200 min avro zənginləşdirir.
0