“Bakıda “Levski”ni tam təəccübləndirə bilməsək də, Sofiyada bunu edərik”
04.08.2009 - 12:15
“Bolqarıstan Superkubokunun oyununu izlədik. “Levski” həmin matçda “Liteks”i məğlubiyyətə uğratmaqla, nəyə qadir olduğunu göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun bolqarıstanlı müdafiəçisi Aleksandr Tomaş deyib.
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda “Levski” ilə qarşılaşacaq təmsilçimizin təcrübəli futbolçusu həmyerlilərinin güclü olduğunu düşünür. Sofiyada bolqar jurnalistlərə açıqlama verən Tomaş meydan sahiblərini tərifləməklə yanaşı, komandasını da unutmayıb: “Bu bir həqiqətdir ki, “Levski” Avropada da nüfuz sahibidir. Sofiyalılar həm də bizimlə qarşılaşmaların favoritidir. Lakin bu cütün gizli favoriti də var: “Bakı”. Komandamızın güclü olduğu qəbul olunmalıdır. Biz Bakıda “Levski”ni tam təəccübləndirə bilməsək də, Sofiyada bunu edərik”.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0