“Mənim işsiz olmağım ədalətsizlikdir”
04.08.2009 - 13:47
“Başa düşmürəm ki, hazırda niyə işsizəm? İtaliyada 3 dəfə çempion titulu, 4 dəfə isə ölkə kubokunu qazandıqdan sonra belə də davam edə bilərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in sabiq baş məşqçisi Roberto Mançini deyib.
İki ildir işsiz qalan təcrübəli mütəxəssis düşdüyü vəziyyətdən gileylənib. O, maaşın məbləğindən asılı olmayaraq, işləməyə hazırdır: “Seçim zamanı layihənin vacibliyi, klubun inkişaf səyi və yüksək yerlər uğrunda mübarizə aparmaq istəyi mənim üçün prioritetdir. Əminəm ki, psixoloji gərginlik və təzyiq altında işləməyin öhdəsindən gələcəyəm. Zənnimcə, işsiz olmağım ədalətsizlikdir”.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0