Milli komandamızın oynadığı stadionda dava düşüb - FOTOSESSİYA
04.08.2009 - 15:13
Milli komandamızın oynadığı stadionda dava düşüb - FOTOSESSİYA
Azərbaycan futbol yığmasının Türkiyə ilə yoldaşlıq görüşü keçirdiyi “Kadir Has” stadionunda qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, xoşagəlməz olaylar Kayseri şəhərinin 2 təmsilçisi - “Kayserispor” və “Erciyesspor” arasındakı yoxlama matçında yaşanıb. Hadisənin səbəbkarı isə “Kayserispor” azarkeşləri olub.

Oyunun 41-ci dəqiqəsində qapının arxasındakı tribunadan bir fanat meydançaya daxil olaraq, “Kayserispor” rəhbərliyini oturduğu lojaya tərəf gedib. Bunun ardınca, digər azarkeşlər də meydançaya soxulublar. Onlar “Kayserispor”un prezidenti Rəcəb Mamuru istefaya səsləyiblər. Təhlükəsizlik xidməti əməkdaşlarının hadisələrə müdaxilə etməmələri isə stadiona toplaşan 2 min tamaşaçının təəccübünə səbəb olub.

Prezidentə qarşı istefa şüarları səsləndirdikdən sonra etiraz edənlər öz yerlərinə qayıdıblar. Onların qayıdışı isə insidentlə yadda qalıb. Bəzi tamaşaçılar etirazçı fanatlarla dava-dalaşa girişiblər. Polisin işə qarışmasından sonra ara sakitləşib.

Qeyd edək ki, milli komandamız bu il iyunun 2-də “Kadir Has”da Türkiyə yığmasına 0:2 hesabı ilə uduzmuşdu.
0