Azərbaycan yığması bu ay Türkiyə ilə qarşılaşacaq
04.08.2009 - 16:37
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Liqasının Superfinalındakı rəqibləri və keçirəcəyi oyunların tarixi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın çıxış edəcəyi B divizionunun oyunları 19-24 avqust aralığında Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində keçiriləcək.
Emil Cabbarovun yetirmələri Rumıniya, Türkiyə, Belarus, Yunanıstan, həmçinin A divizionunda sonuncu yeri tutan komanda ilə mübarizə aparacaq.
Avropa Liqasının əsasnaməsinə uyğun olaraq, A divizionunda ən zəif nəticə göstərmiş komanda B divizionuna göndərilir. B divizionunda birinci yeri tutmuş kollektiv isə A divizionunda oynamaq hüququ qazanır.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0