“Qarabağ” klubu “Honka” ilə oyun ərəfəsində ciddi itki ilə üzləşib
04.08.2009 - 16:49
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiyanın “Honka” klubu ilə qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov avqustun 6-da keçiriləcək matçda Emin İmaməliyevin xidmətindən yararlana bilməyəcək.
Ağdam təmsilçisinin rəsmi İnternet saytının yaydığı xəbərdə bildirilir ki, Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi zədə ucbatından qarşıdakı oyunu buraxacaq. Onun əzələsi qırıldığından təxminən üç həftə yaşıl meydanlardan kənar qalacaq. İmaməliyev “Qarabağ”ın cari mövsümdə Avroliqada keçirdiyi hər 3 oyunda start heyətdə olub.
Yeri gəlmişkən, rəqib “Honka” Bakıya bu gün saat 22:00-da təşrif buyuracaq.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0