Bir gözəlin Kriştianu Ronaldoya hücumu - FOTOSESSİYA
04.08.2009 - 17:13
Bir gözəlin Kriştianu Ronaldoya hücumu - FOTOSESSİYA
Portuqaliya milli komandasının və İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo amansız olması ilə ad çıxarıb. Apasport.az saytının məlumatına görə, yaşıl meydanlarda rəqiblərinə aman verməyən ulduz futbolçu “sevgi meydanında” da heç kimi bağışlamır.

Ronaldonun ürəyini sındırdığı gözəlçələr isə sevdikləri futbolçu üçün sonadək mübarizə aparmağa çalışır. Elə ispaniyalı model Nereyda Qalyardo da Kriştianunu qaytarmaq arzusuna düşüb. Futbolçunun Malyorkadakı gecə klublarından birində olmasından xəbər tutan xanım özünü ora çatdırıb. Kriştianu ilə münasibətlərini tam ayırd etmək niyyətində olan Nereydanın arzusunu mühafizəçilər gözündə qoyub. O, gecə klubunun qarşısında oturub, Ronaldonun çıxmasını gözləyib. Nəhayət, ulduz futbolçunun klubdan ayrılmaq məqamı gəlib.

Tanınmış model “Real”ın yarımmüdafiəçisinə hücum çəkib. Lakin yeni rəfiqəsi ilə əl-ələ tutan portuqaliyalı oyunçu heç Nereyda tərəfə baxmaq belə, istəməyib. Ronaldo mühafizəçilərə keçmiş sevgilisini oradan uzaqlaşdırmağı tapşırıb.

Qalmaqalda qazanan da onlar olub. Belə ki, mühafizəçilərdən biri əlini Qalyardoya toxundurmaqdan, böyük qürur hiss keçirib. Axı, bu cür imkan hər gün ələ düşmür. Model isə yalnız arxivindəki şəkillərinə baxıb, Ronaldo ilə yaxın olduğu dövrü xatırlaya bilər...
0