İlk oyunda 1:1, ikinci matçda 0:2
05.08.2009 - 09:42
İlk oyunda 1:1, ikinci matçda 0:2
“Qəbələ” klubu Türkiyənin İzmit şəhərində keçirdiyi təlim-məşq toplanışını məğlubiyyətlə başa vurub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu gün Vətənə qayıdacaq komanda son yoxlama oyununda “Neftçi”yə uduzub. Ramiz Məmmədovun yetirmələri qonşu ölkədə keçirilən ardıcıl ikinci dəfə görüşdə flaqmanla bacarmayıb - 0:2. Bu, qəbələlilərin Türkiyədə yeganə məğlubiyyəti olub.

Xatırladaq ki, “Qəbələ”nin avqustun 3-də “Neftçi” ilə birinci oyunu 1:1 hesabı ilə nəticələnmişdi. Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlıq məqsədilə təşkil olunan 15 günlük Kartəpə toplanışında Məmmədov komandasını 5 görüşdə sınayıb. “Neftçi” ilə matçlaradək “Qəbələ” Türkiyə klubları ilə qarşılaşıb. Sözügedən kollektiv “Kocaelispor”la qolsuz bərabərliyin ardından, “Kartalspor”u 3:0, “Siirt Jetpaspor”u isə 2:1 hesabı ilə məğlub edib.
0