“Bakı” Bolqarıstanda güclü yağışa və küləyə düşdü
05.08.2009 - 10:17
“Bakı” Bolqarıstanda güclü yağışa və küləyə düşdü
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Bakı” Bolqarıstanın “Lesvki” klubu ilə cavab görüşünün hazırlığını başa vurub. Apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, ölkə çempionunuz dünən axşam saatlarında son məşqi çətin hava şəraitində - güclü yağış və küləyin altında keçirib. Ancaq havanın şıltaqlığı futbolçuları qorxutmayıb və onlar axırıncı məşqdə yüksək əhval-ruhiyyədə nəzərə çarpıblar.

Məşqə klub prezidenti Hafiz Məmmədov, eləcə də Azərbaycanın Bolqarıstandakı səfiri Elman Zeynalovun gəlməsi “Bakı”nın üzvlərinə əlavə güc verib. Yeri gəlmişkən, belə külək hətta səfirimizi də təəccübləndirib. Hətta Zeynalov indiyədək Sofiyada belə küləyin olmadığını qeyd edib.

O ki qaldı məşqin gedişinə, Qyoko Haciyevskinin təmrinlərini zədəsini sağaldan əsas qol ümidimiz braziliyalı hücumçu Feliks Felipe Almeyda, digər yeni transfer rumıniyalı yarımmüdafiəçi Kristian Muşkalu, “Bakı”ya qayıdan milli komandamızın üzvü Cəmşid Məhərrəmov da yerinə yetirirdi. Məşqi çətir altında izləyən komandamızın baş məşqçi futbolçuları əsasən ikitərəfli oyunda sınadı.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:30-da başlanacaq oyun böyük ehtimalla, AzTV ilə canlı yayımlanacaq.
0