“Neftçi”nin qənimi dördüncü təsnifat mərhələsində
05.08.2009 - 10:29
Rumıniyanın “Vaslui” klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsini adlayan ilk komanda olub. Apasport.az saytının məlumatına görə, Kiprdə “Omoniya”nın qonağı olan rumıniyalılar 1:1 hesablı heç-heçə sayəsində növbəti mərhələyə yüksəlib.
Matçın 60-cı dəqiqəsində fərqlənən Lopes da Silva ilk matçda 2:0 hesabı ilə qalib gələn “Vaslui”nin üstünlüyünü daha da artırıb. Kiprlilər yalnız final fitindən 6 dəqiqə əvvəl bərabərlik qolunu vurub. Polşalı Matsey Juravski penalti zərbəsini dəqiq yerinə yetirib. Nəticədə Rumıniya təmsilçisi dördüncü mərhələdə iştirak hüququna yiyələnib.
Qeyd edək ki, “Vaslui” ötən il İntertoto kubokunun üçüncü mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırmışdı (1:2; 2:0).

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0