“Honka” klubunun baş məşqçisi: “Qarabağ” səddini aşmağımız mümkünsüz deyil
05.08.2009 - 11:52
“Honka” klubunun baş məşqçisi: “Qarabağ” səddini aşmağımız mümkünsüz deyil
“Avropa Liqasında mərhələ keçməyimiz çox çətin görünür. Lakin bu, mümkünsüz deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “Honka” klubunun baş məşqçisi Mika Lehkosuo deyib.

Avropa Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Espoo təmsilçisinin gənc çalışdırıcısı sabah keçiriləcək cavab oyunu ərəfəsində nikbin danışıb: “Azərbaycan təmsilçisini keçmək üçün hələ 90 dəqiqə vaxtımız var. Bu vaxt ərzində ən azı bir qol vurmalıyıq ki, bu da qeyri-mümkün vəzifə deyil. Mərhələ keçmək istəyiriksə, bunu bacarmalıyıq”.

Qeyd edək ki, “Honka” və “Qarabağ” arasında Finlandiyada keçirilən ilk matçda ağdamlılar 1:0 hesabı ilə qalib gəlmişdilər.
0