“Microsoft” şirkəti futbola girişir
05.08.2009 - 12:30
“Microsoft” şirkəti futbola girişir
Tanınmış “Microsoft” şirkəti futbola sahəsində də fəaliyyət göstərmək istəyir. Apasport.az saytının məlumatına görə, Bill Qeytsin rəhbəri olduğu şirkət “Barselona” ilə əməkdaşlıq qurmağa çox yaxındır.

Hazırda Kataloniya klubunun prezidenti Xuan Laporta “Microsoft” rəhbərliyi ilə sponsorluq müqaviləsini müzakirə edir. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə, “Barselona” 2 milyon avro qazanacaq. Dünən komandanın rəsmiləri, məşqçi və oyunçu heyəti “Microsoft”un Sietldə yerləşən ofisinə baş çəkib. Müqavilənin imzalanıb-imzalanmaması haqqında yaxın günlərdə məlumat veriləcək.
0