Çemodanını itirdi, təqdimata gecikdi
05.08.2009 - 13:59
Çemodanını itirdi, təqdimata gecikdi
Bir neçə gün öncə “Zenit”dən “Ştutqart”a keçən Rusiya milli komandasının hücumçusu Pavel Poqrebnyak xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu Frankfurt hava limanında çemodanını itirib. Elə bu səbəbdən o, öz təqdimat mərasiminə yarım saat gecikib.

Buna baxmayaraq, Poqrebnyak mərasimdə özünü qətiyyətli aparıb və Bundesliqada “Ştutqart”ın çempion olacağına inandığını söyləyib. Onun cümə günü start götürəcək Almaniya çempionatının birinci turunda yeni komandasında debüt edəcəyi istisna deyil. Həmin gün “Ştutqart” Bundesliqanın son qalibi “Volfsburq”la görüşəcək.
0