“İnter” qələbə ilə qayıdır
05.08.2009 - 12:47
“İnter” qələbə ilə qayıdır
Bakının “İnter” klubu Bolqarıstanda keçirilən təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Vətənə qələbə ilə qayıdır.

Belə ki, Kaxaber Sxadadzenin yetirmələri hazırlıq prosesi çərçivəsində keçirdiyi son yoxlama oyununda “Pirin-2001” klubunu məğlubiyyətə uğradıb – 3:0. Aşağı dəstə təmsilçisi ilə qarşılaşmada “İnter”in qollarına Danildo Assioli, Asif Məmmədov və Anhel Qutyerres imza atıblar.
0