Sofiyada leysan yağışı yağır, göy guruldayır
05.08.2009 - 13:06
Sofiyada leysan yağışı yağır, göy guruldayır
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Levski” ilə qüvvəsini sınayacaq “Bakı” Bolqarıstanda çox pis hava şəraiti ilə qarşılaşıb. Apasport.az saytının Sofiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Bolqarıstan paytaxtında leysan yağış yağır, göy guruldamaları müşahidə edilir.

Hələ dünən axşam “Bakı”nın son məşqində də havanın pis olmasına baxmayaraq, vəziyyət bu həddə gəlib çıxmamışdı. Hərçənd, Sofiyada dünən günün ilk yarısında hava kifayət qədər isti olub. Lakin sonradan qəfil dəyişiklik baş verib.
0