Ölkə çempionatı avqustun 14-də başlamayacaq
05.08.2009 - 13:22
Ölkə çempionatı avqustun 14-də başlamayacaq
Avqustun 14-də başlamalı olan ölkə çempionatının startı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, Argentina Futbol Federasiyası milli çempionatın startının təxirə salınması haqqında qərar qəbul edib.

Buna səbəb klubların böyük məbləğdə borclu olmalarıdır. Dövlət vergi orqanlarının rəhbər şəxsləri ilə danışıqlara başlayan federasiya prezidenti Xulio Qrondona vəziyyətdən çıxış yollarını axtarır.

Qeyd edək ki, Argentinadan fərqli, Azərbaycan Premyer Liqası avqustun 14-də başlayacaq.
0