Moskva skinhedləri qırğızlarla yoldaşlıq görüşü keçirəcək
05.08.2009 - 15:29
Moskva skinhedləri qırğızlarla yoldaşlıq görüşü keçirəcək
Yaxın vaxtlarda Rusiyada yaşayan qırğız miqrantlarla Moskva skinhedləri arasında yoldaşlıq görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, bunu Qırğızıstanın Rusiyadakı səfiri Raimkul Atatkurov deyib.

O bildirib ki, qarşılaşmanın təşkilində əsas məqsəd qırğız miqrantlarla Moskvadakı milli qruplaşmalar arasında münasibətləri qaydasına salmaqdır. Görüşün tarixi hələ tam dəqiqləşdirilməyib. Bununla belə, oyunun Moskva şəhər Daxili İşlər İdarəsinin stadionunda keçiriləcəyi məlumdur.

Qeyd edək ki, qırğızlarla skinhedlərin yoldaşlıq görüşünün təşkili barədə ilk dəfə bu ilin fevralında məlumat yayılıb.
0