Kiprli hakimlərin Lənkəranda nə işi var?
05.08.2009 - 15:40
Kiprli hakimlərin Lənkəranda nə işi var?
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Finlandiya yığmalarının oyununun hakimləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sentyabrın 5-də Lənkəran şəhər stadionunda keçiriləcək qarşılaşmanı kiprli hakimlər idarə edəcəklər.

Görüşün baş hakimi Stelios Trifonos olacaq. Onun başçılıq etdiyi hakimlər briqadasında həmyerliləri Atinodoros İoannu, Andreas Papapanayito, Panikos Kailis də yer alıb.
Matçın hakim-inspektoru funksiyasını türkiyəli Oğuz Sarvan, UEFA nümayəndəsi vəzifəsini isə sloveniyalı Rudi Zavrl yerinə yetirəcək.
0