“Levski”nin prezidenti: Azərbaycan futbolu son 3 ildə inanılmaz tərəqqi edib
06.08.2009 - 10:22
“Levski”nin prezidenti: Azərbaycan futbolu son 3 ildə inanılmaz tərəqqi edib
“İlk növbədə “Bakı”nın prezidenti Hafiz Məmmədov kimi özümə yaxşı dost tapdığıma görə sevinirəm. Görüşdən sonra ona yaxınlaşıb komandasının göstərdiyi oyuna görə təbrik etdim”. Apasport.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, bu fikirləri “Bakı”nın Çempionlar Liqasında (ÇL) mübarizədən kənarlaşdıran Bolqarıstanın “Levski” klubunun prezidenti Todor Batkov deyib.

Sofiya təmsilçisinin sahibi futbola Hafiz Məmmədov kimi insanların sərmayə qoymasını xüsusi qiymətləndirib və özünün kluba ondan az pul xərclədiyini etiraf edib: “Nə yaxşı ki, futbolda belə fədakarlıq nümayiş etdirən adamlar var. Mən klubun xərclərinin ən yaxşı halda 45-50 faizini ödəyirəm. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, klubumuz özü pul qazanır. Hafiz Məmmədov isə cibindən bu qədər pul xərcləyir”.

“Bakı” hələ üç il əvvəl ÇL-də debüt edən zamanı Batkov onun Gürcüstanın “Bolnisi” klubu ilə oyununu izlədiyini söyləyib və müqayisə aparıb: “Həmin vaxt da “Bakı” ilə görüşə bilərdik. Onda Azərbaycan futbolu son 3 ildə inanılmaz tərəqqi edib. “Bakı” ilə avrokuboklarda yenidən görüşməyə çox şad olardım”.

“Levski”nin prezidenti Sofiyada qəfil hava dəyişikliyinin problem yaratdığını da bəyan edib: “Nəticədə ev oyununda təşkilatçılıq baxımdan gözlənilməz çətinliklərlə üzləşdik. Axşamkı ildırım stadionun tablosunu və projektorlardan birini sıradan çıxarmışdı. Allaha şükür ki, çox çətinliklə də olsa belə stadionu “Bakı” ilə cavab görüşünə kimi hazır edə bildik”.
0