Bolqar futbolçu: Elə bil ki, üstümüzdən ağır yük götürüldü
06.08.2009 - 11:04
Bolqar futbolçu: Elə bil ki, üstümüzdən ağır yük götürüldü
“Bakı”nı mübarizədən kənarlaşdırdığımız üçün özümü əla hiss edirəm. Elə bil ki, üstümüzdən ağır yük götürüldü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun futbolçusu Xristo Yovov deyib.

O, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Bakı” üzərində qazanılan 2:0 hesablı qələbədə ilk qolun müəllifi olub. Yovov qitə miqyaslı yarışda mübarizəni uzun müddət davam etdirmək istədiklərini açıqlayıb: “İndi bundan da artığına qadir olduğumuzu sübut etməliyik. Yaxşı oyun göstərdik. Amma hələ də potensialımız var. Hamımız Çempionlar Liqasının qrup mərhələsi haqqında düşünürük. Bu istəyimizə çatmasaq belə, Avropa Liqasında oynayacağıq. Hansı turnirdə oynayacağımızdan asılı olmayaraq, qrup səddini keçmək, qışdan sonra da avrokuboklarda çıxış etməyi planlaşdırırıq”.
0