UEFA-nın reytinq cədvəlində gerilədik
06.08.2009 - 11:39
UEFA-nın reytinq cədvəlində gerilədik
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları UEFA-nın klub reytinqində dəyişikliklərə səbəb olub. Apasport.az saytının məlumatına görə, siyahının aşağı hissələrində qərarlaşan Azərbaycan bir pillə geriləyərək, 40-cı yerə enib. Buna “Bakı”nın Bolqarıstanda yerli “Levski”yə 0:2 hesabı ilə məğlubiyyəti səbəb olub.

Komandaların son 5 mövsümdəki nəticələrinə əsasən hesablanan reytinqdə ölkəmiz Macarıstanı da irəli buraxıb. 2011/12 mövsümündə klubların sayının müəyyənləşməsinə xidmət edən siyahıda geriləməyimizdə “Debretsen”in növbəti qələbəsini də rolu az olmayıb. Estoniya “Levadiya”sını cavab matçında da məğlubiyyətə uğradan macarlar bunun sayəsində hesabını 5,125-ə çatdırıb. 39-cu pilləni ələ keçirən şərqi avropalılar Azərbaycanı 0,002 xal qabaqlayır.

...35. Moldova 6,290
36. Gürcüstan 5,748
37. İslandiya 5,415
38. Makedoniya 5,332
39. Macarıstan 5,125
40. Azərbaycan 5,123
41. Lixtenşteyn 4,500
42. Qazaxıstan 4,499
43. Estoniya 4,249...


Qeyd olunan 9 ölkədən Azərbaycan və Macarıstanın 2, digərlərinin 1 komandası cari mövsümdə çıxışlarını davam etdirir.
0