“Bakı” üzərində qələbə kimə həsr olunur?
06.08.2009 - 12:07
“Bakı” üzərində qələbə kimə həsr olunur?
“Bakı” ilə oyundakı gərginlik sözlə ifadə olunası deyil. Yalnız çətinliklə vurduğumuz ilk qoldan sonra gərginlik aradan qalxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun futbolçusu Marko Tasevski Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə görüş barədə deyib.

Sofiyada keçirilən cavab matçının qəhrəmanı iki məhsuldar ötürmə ilə komandasının 2:0 hesablı qələbəsində böyük pay sahibi olub: “Məni oyunun gedişində meydana buraxmaq baş məşqçi tərəfindən vaxtında və düzgün atılmış addım idi. Hiss edirdim ki, matçda dönüş yaratmaq, qol vurulmasına kömək etmək iqtidarındayam. “Bakı” çox yaxşı komandadır. Heyətində də yaxşı legionerlər var. Onları üstələdikdən sonra özümüzü rahat hiss edirik. Çünki ən azı Avropa Liqasının qrupunda oynayacağıq. Lakin bu o demək deyil ki, biz bu turnir haqda düşünürük. Bizim əsas məqsədimiz Çempionlar Liqasının qrup mərhələsidir. “Bakı” üzərində qələbəmizi isə zədə üzündən matçı buraxan Vladimir Qadjevə həsr edirik”. ”
0